Keçid linkləri

2017, 21 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 14:04
"Ədəbi Azadlıq-2012" Milli Mükafatı daha bir nominasiya üzrə təqdim ediləcək.

Şair və hekayəçilərlə yanaşı "Ədəbi Azadlıq"ın büllur prizi debüt kitablarına görə gənc romançılara da təqdim ediləcək.

Mükafat iki ildən bir veriləcək.

Bu dəfə seçim 2010-2011-ci illərdə oxuzalı.az-da peşəkar tənqidçilərin iştirakı ilə müzakirə edilmiş romanlar arasından ediləcək.

"Oxu zalı" ilə əməkdaşlıq edən tənqidçilərə nominantların siyahısı təqdim ediləcək və onlardan xahiş ediləcək ki, roman müzakirələrində yazdıqları rəylərə uyğun olaraq həmin nominantların əsərlərinə qiymət versinlər.

Daha bir səsə "Oxu zalı"nın redaktoru malik olacaq.

Şeir, hekayə və roman mükafatlarının qalibləri eyni gündə - "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin may ayında keçirilməsi planlaşdırılan mükafatlandırma mərasimində açıqlanacaq.

Bu nominasiya üzrə mükafatın qalibi üçün hər hansı pul mükafatı, yaxud hədiyyə nəzərdə tutulmayıb.

Müsabiqədən sonra "Oxu zalı"nın roman müzakirələrində də gənc romançıların əsərlərinə daha çox yer ayrılacaq.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG