Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Dekabr, şənbə, Bakı vaxtı 23:16

Azərbaycanda zəlzələ olub


-
Martın 15-də Azərbaycanın şimal və cənub bölgəsində zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, ilk yeraltı təkanlar saat 04:58-də Quba şəhərindən 42 km şimal-şərqdə qeydə alınıb.

Episentrdə 4 bal olan yeraltı təkanlar yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Növbəti yeraltı təkanlar saat 06:20-də Lənkərandan 22 km şimal-qərbdə qeydə alınıb. Yaxın yaşayış məntəqələrində 4-3 bal gücündə hiss olunub.

İnsan tələfatı və dağıntı qeydə alınmayıb.
XS
SM
MD
LG