Keçid linkləri

2026, 17 Aprel, cümə, Bakı vaxtı 10:08

Ukraynanın baş naziri BMT Təhlükəsizlik Şurasında çıxış edib

Ukraynanın baş naziri BMT Təhlükəsizlik Şurasında çıxış edib.
Ukraynanın baş naziri BMT Təhlükəsizlik Şurasında çıxış edib.
Ukraynanın yeni baş naziri Arseniy Yatsenyuk martın 13-də New York-da BMT-nin Təhlükəsizlik Şurasında çıxış edib.

O, Rusiyanı Krıma yeritdiyi hərbi qüvvələri geri çəkməyə və münaqişənin dinc yolla həlli üçün danışıqlara başlamağa çağırıb.

Yatsenyuk bildirib ki, Ukrayna real danışıqların tərəfdarıdır və belə dialoq baş tutsa, iki dövlət real tərəfdaşlar ola bilərlər.

Vaxtilə nüvə silahından imtina müqabilində Ukraynanın ərazi bütövlüyünün tanınması haqda müqaviləni (ona Rusiya da imza atıb) yada salan baş nazir qeyd edib ki, indi Krıma təcavüz baş verəndən sonra daha dövlətləri nüvə silahının yayılmaması proqramına qoşulmağa inandırmaq çətin olacaq. Bu, qlobal təhlükəsizliyə zərbə vuracaq.
This item is part of
XS
SM
MD
LG