Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:09

“Azərbaycanlıların Krımdan kütləvi çıxması xəbəri doğru deyil”


Rəhim Hümbətov
Rəhim Hümbətov
-
“Azərbaycanlıların kütləvi halda Krımdan çıxması barədə məlumatlar doğru deyil”.

Krım Azərbaycanlıları icmasının rəhbəri Rəhim Hümbətovun martın 13-də yaydığı bəyanatda belə deyir.

“Krımda vəziyyət gərgindir, vəziyyətin pisləşəcəyi gözlənilir. Amma tamamilə hansısa bir təşviş yoxdur. İnsanlar özlərinin gündəlik işləri ilə məşğuldurlar. Azərbaycanlıların Krımdan kütləvi çıxması ilə bağlı bəzi KİV-lərin yaydığı məlumatlar doğru deyil. Ötən son 2 həftə ərzində yalnız bir Azərbaycan vətəndaşı icmaya Krımdan çıxmaqla bağlı ona yardım edilməsi üçün müraciət edib. KİV-ə müraciət edərək xahiş edirəm ki, belə “sensasiya”lı məlumatlar yaratmasınlar, hansı ki, buna heç bir səbəb yoxdur” deyə müraciətdə bildirilir.

R.Hümbətov əvvəlki müsahibələrində Krımda 10 minə yaxın Azərbaycanlının yaşadığnı demişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG