Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Oktyabr, şənbə, Bakı vaxtı 20:15

Moskvada ünlü Ukrayna şairinə abidə qoyuldu


Taras Shevchenko
-
Moskvada məşhur Ukrayna şairi Taras Shevchenko-nun abidəsi bərpadan sonra açılıb.
Rusiya mediasının yaydığı xəbərə görə, açılış mərasimində çıxış edən Rusiyanın Mədəniyyət naziri Vladimir Medinsky Taras Shevchenko-nu “iki dildə yazan şair” adlandırıb.

Ünlü şairin abidəsi böyük yubiley ərəfəsində - anadan olmasının 200 illiyi ərəfəsində açılıb.

1995-ci ildən bərpaya dayanmış abidə Moskvadakı “Ukrayna” otelinin yaxınlığında qoyulub.

Xatırladaq ki, Taras Shevchenko-ya abidə 1964-cü ildə Sov.İKP MK-nın o vaxtkı Baş katib Nikita Khrushchev-un təşəbbüsüylə ucaldılıb.

Taras Shevchenko 1814-cü ildə Ukraynanın Çerkassk bölgəsində doğulub.

“Kobzar” adlı poetik məcmuəsini ukraincə, nəsr əsərlərini isə rus dilində yazıb.
Şairin bəzi araşdırıcıları onu həm Ukrayna, həm də rus ədəbiyyatına aid edirlər.

Yeri gəlmişkən, bu gün Bakıda da böyük Ukrayna şairinin 200 illiyi adını daşıyan abidənin önündə qeyd edilib.
XS
SM
MD
LG