Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 08:42

Tikinti şirkətinin təsisçisi və direktoru həbs olunub


-
Bakıda fəaliyyət göstərən “Əzizbəy-KM” MMC tikinti şirkətinin təsisçisi və direktoru həbs olunub. Bu barədə martın 6-da Baş prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hər iki şəxs inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələrlə satmaqda şübhəli bilindikləri üçün həbs olunublar. Onların aldatma yolu ilə 1 milyon 44 min manata yaxın vəsaiti ələ keçirdiyi bildirilir.

Hər iki şəxs Cinayət Məcəlləsinin “dələduzluq” və “vəzifə saxtakarlığı maddələri ilə ittaham olunur. Məlumata görə, istintaq dövründə vətəndaşlara dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
XS
SM
MD
LG