Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 13:43

İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib


-
Martın 3-də prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru David Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

president.az saytının məlumatına görə, görüşdə Amerika Yəhudi Komitəsinin üzvləri ilə müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib. Bu görüşlərin Azərbaycanla Amerika Birləşmiş Ştatları və Azərbaycanla İsrail arasında əlaqələrin inkişafına töhfə verdiyi bildirilib.

Görüşdə Azərbaycanla Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG