Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:26

Parisdə Tahir Salahovun sərgisi açılıb


Tahir Salahov
Tahir Salahov
-
Fevralın 27-də Parisdə ünlü rəsam Tahir Salahovun “Əsrlərin qovuşuğunda” adlı fərdi sərgisi açılıb.

Azərtacın verdiyi xəbərə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib.

Xəbərdə deyilir ki, sərgi Fransa İncəsənət Akademiyası, Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyi, eləcə də, Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə
açılıb.

Fransa İncəsənət Akademiyasının daimi katibi Arno Dotriv dünyada yetərincə
tanınan Tahir Salahovun yaradıcılığına Fransada böyük marağın olduğunu və bu
sərgidə nümayiş etdirilən əsərlərin tamaşaçılara yüksək zövq aşılayacağını bildirib.

O qeyd edib ki, Fransa hər zaman Tahir Salahov yaradıcılığı ilə təmasdan böyük
şərəf duyur və bu amil bugünkü sərginin də əsas qayəsini təşkil edir.

Sərginin açılışında olan Tahir Salahov əsərlərinin Fransa İncəsənət Akademiyasında nümayiş etdirilməsindən şad olduğunu bildirib.

Xəbərdə vurğulanır ki, sərgidə nümayiş olunan Qara Qarayev, Mstislav Rostropoviç, Anar, Soljinitsin kimi məşhur şəxsiyyətlərin portretləri, Parisə həsr olunmuş “Həmişə Eyfel qülləsi ilə” rəsmləri və bəzi əsərlərinin xalça versiyası böyük maraqla qarşılanıb.

Xatırladaq ki, sərginin keçirildiyi Fransa İncəsənət Akademiyasının əsası 1662-ci ildə qoyulub.

Akademiya özündə müxtəlif sahələrə aid 5 akademiyanı birləşdirir və onlar Fransa tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı müxtəlif layihələr həyata keçirir və elmi araşdırmalar aparır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG