Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:07

Polis Əli Kərimlinin mühafizəçisini saxlayıb


Foto arxiv
Foto arxiv
AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənli və partiya Cəlilabad rayon təşkilatıın sədri Təzaxan Mirələmlini polis saxlayıb.

Bu barədə AzadlıqRadiosuna partiyanın mətbuat katibi Natiq Ədilov məlumat verib:
“Bəhruz Həsənli Suraxanı, Təzəxan Mirələmli isə Nərimanov polisinə aparılıb. Bir qədər əvvəl əldə etdiyimiz məlumata görə, onları məhkəməyə aparırlar. Təzəxan bəylə danışdıq, özünün gümanına görə onu, Cəlilabadda elan olunmuş mitinqə görə saxlayıblar və yəqin ki, bir neçə sutka həbs cəzası verəcəklər”.

Onlar polisin tələblərinə əməl etməməkdə günahlandırılır.

Natiq Ədilov Bəhruz Həsənlinin həbsinin fevralın 26-da Xocalı faciəsinin anım günündə polislə partiya üzvləri arasında yaranan narazılıqla bağlayır.

Polis isə adı çəkilən şəxslərin saxlanmasından xəbərsiz olduğunu bildirir.
XS
SM
MD
LG