Keçid linkləri

2017, 26 Fevral, bazar, Bakı vaxtı 08:07
-
Krım və Simferoplda parlament və hökumət binalarını silahlı şəxslər tutub. Bu barədə “İnterfax-Ukrayna” məlumat yayıb. Hər iki idarə üzərində Rusiya bayrağı qaldırılıb.

Krım parlamentinin mətbuat mərkəzindən verilən məlumata görə, naməlum adamlar mühafizəni ərazidən uzaqlaşdıraraq binanın içərisinə soxulublar. Bu səbəbdən Krım Ali Radası qeyri-iş günü elan edib. Hər iki binanı milis əhatəyə alıb.

Krım tatarlarının lideri Refat Chubarov özünün facebook səhifəsində bunları yazıb:

“Zəng elədilər.. xəbər verdilər ki, Krım Ali Radasının və Nazirlər Şurasının binasını əyinlərində tanınma nişanı olmayan uniformalı silahlı şəxslər tutub. Onların tələbləri hələ elan olunmayıb”.

Bir gün əvvəl Simferoplda Krım parlamentinin qarşısında yeni hakimiyyət tərəfdarları ilə əleyhdarları arasında toqquşma olub.

Aksiyada yeni hakimiyyət tərəfdarları olan “Avromaydan-Krım” hərəkatının minlərlə üzvü iştirak edib. “Rus birliyi” və başqa bir sıra Rusiya meylli təşkilatlar onlara qarşı çıxıb. Toqquşmalarda ən azı 30 nəfər xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG