Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:49

Krımda toqquşmalar olduğu xəbər verilir


Krımda aksiya
Krımda aksiya
Keçmiş Ukrayna prezidentləri Leonid Kravchuk, Leonid Kuchma və Viktor Yushchenko Rusiyanı Krımda vəziyyəti qarışdırmaq və yeni Ukrayna rəhbərliyinə qarşı qaldırmaqda pisləyiblər.Prezidentlərin yaydığı bəyanatda Rusiya Krımdakı siyasi hadisələrə birbaşa müdaxilədə ittiham olunur.Prezidentlər bir sıra siyasətçilərin təklif etdiyi təhlükəli planlardan qaçmağa çağırıb və bildiriblər ki, hüquq-mühavizə orqanları separatçı çağırışlara qanun pozuntusu kimi baxmalıdır.

Krımın rusdilli,rusiyapərəst əhalisi Ukrayna prezidenti Vitor Yanukovychin devrilməsindən sonra etiraz aksiyasına qalxıb, hökumət binalarına Rusiya bayraqları sancıblar.

Başqa bir məlumata görə isə Krımdakı regional parlamentdə yarmadadakı vəziyyət müzakirə olunur.Məlumatlara görə, paytaxtı Siferopolda yerli tatarlar və Maydan hərəkatının tərəfdarları ilə rusiyapərəst aksiyaçılar arasında toqquşmalar başlayıb.

Tatarlar Krımın Ukraynaya məxsus olduğunu deyir, bu məsələdə yeni Ukrayna rəhbərliyinin tərəfini saxlayırlar.
XS
SM
MD
LG