Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:14

Nazirə gömrükdən və gübrədən gileyləndilər


Heydər Əsədov Qubada vətəndaşları qəbul edir.
Heydər Əsədov Qubada vətəndaşları qəbul edir.
-
Təsərrüfatçı:

- Mallarımız günlərlə gömrükdə qalır. Bizdən rüsumdan əlavə pullar alınır.

Nazir:

- Bu satış məsələsini özüm gömrüklə danışacam. Demirəm ki, sözümə baxmazlar. Mənim münasibətim var. Mənə dedilər ki, ixrac məsələsində problem olmamalıdır. Varsa, Kəmaləddin müəllimə deyəcəyəm, nəzarətdə saxlasın.

TORPAĞI NECƏ SUVARMALI...

Fevralın 25-də kənd təsərrüfatı naziri Heydər Əsədov Qubada vətəndaşları qəbul edib.

Görüşə gələnlər əsasən gömrükdə süründürməçilik və rüşvətdən, onlara çatacaq gübrənin pulla satılmasından və meyvəçilikdə istifadə olunan dərman preparatlarının keyfiyyətsizliyindən gileylənirdilər.

Təsərrüfatçı:

- Cənab nazir. Kənd təsərrüfatı ilə məşğul olan adamların adından sizdən xahiş edirik: İstifadə etdiyimiz kimyəvi dərmanların ölkəyə gətirilməsinə dövlətin nəzarəti olsun.

Nazir:

- Mən razıyam sizinlə...

Təsərrüfatçı:

- İnanın, bağlar məhv olub gedir. Belə getsə, bu ərazidə bircə bağ da qalmayacaq. İşlətdiyimiz dərmanların dozaları uyğun gəlmir. Qələmlər 5 ildən sonra quruyur. Elə vaxt olur, 1 hektar sahədə birdən-birə 100 qələm quruyur.

Nazir:

- Siz fikrinizi sadəcə bir dərmana yönəltmisiniz. Ancaq təkcə dərman problemi deyil. Torpağı suvaranda suyu nətəhər buraxırsınızsa, torpağın üzərində nə qədər mineral varsa, hamısını yuyub aparır...

«KƏMALƏDDİN MÜƏLLİMƏ BIR DƏ DEYƏRƏM»

Şikayətçilər məhsulun ixracındakı problemlərdən də danışdılar. Onlar başqa ölkələrin gömrüklərində 2-3 saat, öz gömrüyümüzdə günlərlə ləngidiklərini dedilər:

- Üç günlərlə gömrükdə düşüb qalırıq. 5 min manat almamış malımızı o tərəfə buraxmırlar. Gedib Moskvada, orda-burda qazandıqlarımızı gətirib buradakı gömrüyə veririk.

Nazir:

- Mən özüm gömrüklə danışacam. Problem varsa, deyəcəm həll etsinlər. Kəmaləddin müəllimə bir də deyərəm. Biz toplantı etmişik, biləsiniz. Ramiz müəllim səviyyəsində... Qubada almanın qiyməti düşəndə, yadınızdadırsa, bax o vaxtlar toplantımız oldu.

Qubadan olan təsərrüfatçılar soyuducu anbarlarında malların saxlanmasının da baha başa gəlməsindən şikayətləndilər. Onlar rayonda azı 100 min nəfərin meyvəçiliklə dolandığını, ancaq gübrə ala bilmədiklərindən, üstəlik, satışda problemlərlə üzləşdiklərindən bu sahəyə marağın getdikcə azaldığını bildirdilər:

- Xaricə mal çıxara bilmirik. Yerli emal sexləri isə bizdən bir ton meyvəni 40 manata alır. Halbuki, bir ton meyvədən azı 700 litr şirə əldə olunur. Heç olmasa bir az baha qiymətə alsınlar ki, biz də həvəslənək meyvəni yetişdirək. «Aqrolizinq»dən gübrə ala bilmirik. Dövlət bizə gübrə verir, ancaq «Aqrolizinq»dən onu ala bilmirik.

Nazir:

- Hər hektar üçün gübrə ala bilmirsiniz?

Təsərrüfatçılar:

- Xeyr. Kənd-kənd gəzib satırlar. Normamızı bizə vermirlər.

Bir neçə saat davam edən qəbula Xaçmaz, Quba, Siyəzəndən azı 40 təsərrüfatçı gəlmişdi. Nazir gübrənin təsərrüfatçılara verilməsindəki problemlərin aradan qaldırılması üçün yerli kənd təsərrüfatı şöbələrinin rəhbərlinə tapşırıqlarını verdi.
XS
SM
MD
LG