Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:24

Məcburi köçkün əşyalarını «QaçqınKom»un qarşısına tökdü


Nəcibə Cəfərova
Nəcibə Cəfərova
-
Ağdamdan məcburi köçkün Nəcibə Cəfərova 3 ailə üzvü ilə fevralın 20-də ev əşyalarını Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin qarşısına tökərək etiraz aksiyasına başlayıb.

Nəcibə Cəfərova AzadlıqRadiosuna belə bir addım atmasını yaşadığı mənzilin kirayə pulunu verə bilmədiyi ilə əsaslandırıb.

“Mən dəfələrlə Qaçqınkoma müraciət edib 100 manat pensiya ilə həm dolanmaq, həm də kirayə pulunu verə bilmədiyimi demişəm. İndi gəlmişəm komitədən sığınacaq istəyirəm. Mənə deyilir ki, qaçqınlar üçün evlər tikilir, gözlə, bəs o evlər tikilənə qədər harada qalım, necə qalım. Mən 100 manat pensiya ilə kirayəni necə ödəyim, necə dolanım. Ona görə ev əşyalarımı gətirib bura tökmüşəm və sığınacaq istəyirəm”.

Bir qədər sonra Komitə nümayəndələri Ağdamdan olan məcburi köçkün ailəsini qəbul ediblər. Görüşdən çıxandan sonra Nəcibə Cəfərovanın AzadlıqRadiosuna dediyinə görə, onlara deyilib ki, Ağdamın Quzanlı kəndində qaçqınlara tikilən evlər hazır olana qədər ailəyə kirayə pulu veriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG