Keçid linkləri

2017, 23 Aprel, bazar, Bakı vaxtı 22:08
-
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev görüşdən öncə jurnalistlərə açıqlama verib. Bildirib ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Gürcüstanın xarici işər naziri Maya Pancikidze bu gün Azərbaycana səfər ediblər. Gəncədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə üç ölkənin nazirlərinin görüşü təşkil ediləcək.

İlk olaraq nazirlərin təkbətək görüşü olacaq. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə nazirlərin görüşündən sonra mətbuat konfransı keçirəcəklər.

Bu gün Gürcüstanın Respublikasının Gəncədə nazirlərin iştirakı ilə konsulluq binasının açılış mərasimi də olacaq.

Səfərdə məqsəd regionda siyasi stabillik, iqtisadi inkişaf və üç dövlət arasında hərtərəfli inkişaf məsələlərinin geniş müzakirəsidir.
XS
SM
MD
LG