Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 23:08

ABŞ səfirliyi: “Kəşfiyyat səfərləri barədə xəbərlər cəfəngiyyatdır”


-
ABŞ-nin Azrəbaycandakı səfirliyi mediada son zamanlar yayılmış kəşfiyyat xəbərləri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“ABŞ Senatı əməkdaşlarının Azərbaycana kəşfiyyat məqsədilə səfər etmələri barədə son zamanlar mediada yayılan iddia xarakterli xəbərlər cəfəngiyyatdır. Keçən həftə xəbər verdiyimiz kimi, ABŞ Konqresinin nümayəndə heyəti səfirliyin işçiləri, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək üçün müntəzəm olaraq Azərbaycana səfərlər edirlər. Bu səfərlərdə məqsəd ABŞ-ın qanunvericilik orqanına Azərbaycan və regiona dair daha ətraflı məlumat verməkdir”.
XS
SM
MD
LG