Keçid linkləri

2017, 28 May, bazar, Bakı vaxtı 10:46

Suriya müzakirələri nəticəsiz qalıb


Syria -- A man holds a baby saved from under rubble, who survived what activists say was an airstrike by government forces in Masaken Hanano in Aleppo, February 14, 2014
-
Böyük Britaniya və Fransa Suriya hökumətini Suriya münaqişəsi ilə bağlı Cenevredə keçirilmiş danışıqların nəticəsiz qalmasına görə ittiham edib.
Fransanın xarici işlər naziri Fabius Laurent deyib ki, Suriya prezidenti Basahr Assad rejimi danışıqlarda hər hansı irəliləyişə nail olmağa imkan vermir.
Britaniyanın xarici işlər naziri William Hague deyib ki, danışıqların uğursuz nəticlənməsinə görə Suriya hakimiyyəti birbaşa məsuliyyət daşıyır.
Rəsmi Moskva və Vaşinqton danışıqlarla bağlı hələlik heç bir açıqlama verməyib.
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Lakhdar Brahimi deyib ki, tərəflər arasında dialoq onun vasitəçiliyi ilə keçirilirdi. O, danışıqların nəticəsiz qalmasına görə, Suriya xalqından üzr istəyib.
Brahimi yeni danışıqların vaxtının hələ təyin olunmadığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG