Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:35

«Aygün TV»nin direktoru: «TV-ni satmadım, bağladılar»


World -- Satellite dish, generic image
World -- Satellite dish, generic image
-
Milli Televiziya və Radio Şurası (MTRŞ) Zaqatalanın «Aygün TV»nə verdiyi lisenziya müddətini uzatmayıb. Fevralın 14-də MRTŞ-nın yaydığı məlumatda deyilir ki, «Aygün TV» lisenziya üçün lazım olan sənədləri quruma təqdim etməyib.

Tənzimləyici qurum onu da bildirir ki, hələ ötən ilin dekabrında «Aygün TV»yə lisenziyanın verilməsi məsələsi müzakirə edilərkən, televiziya lazımi sənədləri onlara təqdim etməmişdi. O zaman TV-yə xüsusi razılıq müddətinin verilməsinə dair müzakirə ertələnmişdi.

«TV-DƏ ÇATIŞMAZLIQLAR VAR»

Məlumatda deyilir ki, «Aygün TV»nin fəaliyyəti araşdırılandan sonra «çoxsaylı çatışmazlıqlar və qanun pozuntuları aşkar edilib».

MRTŞ komissiyası hesab edir ki, «Aygün TV»də proqramlar saxlanmayıb, qeydiyyat jurnalı da mövcud olmayıb. Halbuki teleradio proqramlarının (verilişlərinin) materialları (qoşma sənədlər, əlyazmalar, məktublar, lent yazıları və s.) efirə çıxandan sonra azı bir ay, efirə çıxmış proqramların tarixi, vaxtı, mövzusu, müəllifi, aparıcısı və iştirakçılarının göstərilməli olduğu qeydiyyat jurnalı isə sonuncu qeyddən sonra azı bir il müddətində saxlanılmalıdır.
cartoon by Sherif
cartoon by Sherif


«SATMADIM, NƏTİCƏSİ BU OLDU»

«Aygün TV»nin direktoru Nəzirxan Nuriyev AzadlıqRadiosuna bildirib ki, o bu xəbəri çoxdan gözləyirmiş:

«Mənə dedilər ki, televiziyanı onlara satım, mən də satmadım. Nəticəsi də belə oldu. İndi rayona qayıdıram. Bundan sonra nə etmək lazım olduğu barədə düşünəcəyəm».

«Aygün TV»yə verilən xüsusi razılığın müddəti ötən il dekabrın 11-də bitmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG