Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 07:21

Bir kollecin direktotu işdən çıxarılıb, ikisinə töhmət verilib


Lənkəran Dövlət Humanitar Kollecinin direktoru vəzifəsindən azad edilib, Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərinin direktorlarına sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bu barədə fevralın 14-də Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Lənkəran Humanitar Kollecini direktoru tələbələrin biliklərinin qiymətləndirilməsində ciddi nöqsanlara yol verdiyinə və tələbələrə qarşı hüquqazidd tələblərin irəli sürülməsinə şərait yaratdığı üçün vəzifəsindən azad edilib. Astara və Şirvandakı kolleclərinin rəhbərlərinə şiddətli tötmətin verilməsi tədris və imtahan proseslərinin normal gedişini təmin edə bilmədikləri üçün verilib.
XS
SM
MD
LG