Keçid linkləri

2026, 02 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:01

A.A.Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında Prezident Sərəncamı çıxıb

Abbasqulu Ağa Bakıxanov
Abbasqulu Ağa Bakıxanov
-
Fevralın 12-də prezident İlham Əliyev Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi barədə sərəncam verib.

Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Şöhrətli Bakıxanovlar nəslinin davamçısı A.ABakıxanov (1794-1847) tarixçi, şair, maarifçi olub.

1820-1830-cu illərdə çar Rusiyası ordusunda qulluq edib.

Türkmənçay müqaviləsinin (1828) imzalanmasında tərcüməçi çalışıb.

«Gülüstani-İrəm» əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub.

Böyük maarifçi elmin bir çox sahələrinə aid əsərlər, «Qüdsi» təxəllüslü şeirlər yazıb.
XS
SM
MD
LG