Keçid linkləri

2026, 15 Aprel, çərşənbə, Bakı vaxtı 08:27

Evsiz qalan qaçqın intihara cəhd etdi

Köçkün yataqxanası
Köçkün yataqxanası
-
Gəncədə evsiz qalan 1980-ci il təvəllüdlü Məmmədov Səxavət Həbib oğlu köçkün yataqxanasının beşinci mərtəbəsinə çıxıb özünü oradan atacağı ilə hədələyib.

Səbəb kimi yeni şəhərcikdən ona ev verilməməsini göstərib. O, həmçinin iki azyaşlı övladını da aşağı atacağını deyib.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyi, Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları onu fikrindən daşındırmaq üçün danışıqlar aparıblar. Onu binanın dam örtüyündən aşağı düşürməyi bacarıblar.
XS
SM
MD
LG