Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:35

İlham Əliyev məhkəməyə verilib


arxiv foto
arxiv foto
-
“Azadlıq” qəzeti yazır ki, Əli Kərimov adlı vətəndaş İlham Əiyevə qarşı Bakı İnzibati İqtisad Məhkəməsində ona dəyən mənəvi zərərin ödənilməsi ilə bağlı iddia qaldırıb. Onun hansı səbəbdən bu addımı atması məlum deyil. Lakin məhkəmə Əli Kərimovun iddiasına baxılmasının mümkünsüzlüyü barədə qərar çıxarıb.

“KOSMİK DÖVLƏTLƏR SIRASINDAYIQ”

Azərbaycan kosmik ölkələr klubundakı yerini möhkəmləndirir. Bu barədə “Yeni Azərbaycan” qəzeti yazır:

“Azərbaycanın ilk “Azerspace-1” telekommunikasiya peykinin orbitə buraxılmasının bir ili tamam olub. Prezident İlham Əliyevin Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransdakı çıxışında bildirib ki, kosmik sənayenin inkişafı İKT-yə mühüm töhfədir:

“Biz bu gün kosmik dövlətlər sırasındayıq. İnternet istifadəçilərinin sayı 70 faizdən çoxdur, sürətlə artır. Ona görə, hər bir şəhərdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı böyük məna daşıyır”.

“BİZİM VAXTIMIZI ALMAYIN”

Siyavuş Novruzov
Siyavuş Novruzov
YAP icra katibinin müavini Siyavuş Novruzov publika.az-a açıqlamasında onun Əli İnsanovla bağlı fikirlərinə Cəmil Həsənlinin reaksiya verməsinə münasibət bildirib:

“Cəmil Həsənlinin arxasında özündən başqa heç kim yoxdur. Cəmil Həsənli ona-buna söz atmaqla gündəmdə qalmaq istəyir. Belə adamlarla bizim vaxtımızı almayın, vacib işlərlə məşğuluq”.

NAZİRLƏR KABİNETİ QƏRAR QƏBUL EDİB

Bu barədə “Azərbaycan” qəzeti yazır. Bildirilir ki, Nazirlər Kabineti 2014-cü il fevralın 6-da “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında” qərar qəbul edib.

Bu qərara əsasən, Dağlıq Qarabağ münaqişəsi zamanı didərgin düşən, həmin müddətədək büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə orta aylıq əməkhaqqı verilməsinin müddəti 2015-ci il yanvarın 1-dək uzadılacaq.

Qanun yanvarın 1-dən qüvvəyə minib.

“RUSİYANIN AZƏRBAYCANA GÜCLÜ TƏZYİQLƏRİ GÖZLƏNİLİR”

Bu barədə “Bizim yol” qəzetinə müsahibəsində Rauf Mirqədirov deyib:

Rauf Mirqədirov
Rauf Mirqədirov
“Soçi olimpiyadasından sonra Rusiyanın güclü təzyiqi gözlənilir. Rusiya və Qərb Azərbaycanın, Ermənistanın da daxili siyasi strukturunun xarici təzyiqlər, təhlükələrə qarşı həddən artıq zəif immun sistemə malik olduqlarını bilirlər. Azərbaycan iqtisadiyyatı bu gün üçün güclüdür. Amma Azərbaycanın siyasi üst-qurumu yox dərəcəsindədir”.

“DİL ÇIXARDI”

Lənkərandakı futbol qalmaqalının iştirakçıları danışıb. Bu barədə “Futbol+” qəzeti yazır.

“Neftçi”-nin braziliyalı oyunçusu Bruno Bertucci hadisənin belə baş verdiyini deyir:
“Komandalarının qələbəsindən sonra hamı bu sevinci yaşayırdı. Yalnız “55 nömrə” Saša Stamenković-in qarşısında dayanıb acıq verməyə başladı. Əvvəlcə rəqs etdi, sonra dil çıxardı. Bizi təxribata çəkirdi. Mən onu əsəbi halda ordan uzaqlaşdırmaq istədim. Buna bəndmiş kimi üstümə hücum çəkdi”.

Saša Stamenković-də deyilənləri təsdiq edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG