Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 06:24

Beynəlxalq müfəttişlər Tehranla danışıqlarda irəliləyiş olduğunu deyirlər

Tero Varjoranta və Reza Najafi
Tero Varjoranta və Reza Najafi
Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri son vaxtlar İranın nüvə proqramı ilə bağlı müzakirələrdə irəliləyiş olduğunu deyirlər.İran nüvə fəaliyyətinin şəffaf olması üçün bir sıra yeni addəmlar atmaq razılığına gəlib.Bunu fevralın 10-da Vyanada jurnalistlərə Agentliyinin baş müfəttişi Tero Varcorenta deyib.

İran bu yaxınlarda aparıcı 6 dünya ölkəsi ilə əldə etdiyi razılaşmadan sonra uran zənginləşdirilməsi üzərində işi dayandırıb və əvəzində ona qarşı tətbiq edilən beynəlxalq sanksiyalar yüngülləşdirilib.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. Tehran ittihamı rədd edir, nüvə proqraqmının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
This item is part of
XS
SM
MD
LG