Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 20:46

Rəngli «Arşın mal alan» Londonda göstəriləcək


«Arşın mal alan»
-
Fevralın 7-də London Kral Kollecində Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək Azərbaycan axşamı çərçivəsində «Arşın mal alan» filmi nümayiş etdiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, filmin nümayişi Heydər Əliyev Fondunun, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, ASAIF-in (Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu) və AAC-nin dəstəyi ilə baş tutacaq.

«Arşın mal alan» filmi 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilib.

Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa olunub və rənglənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG