Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:53

Bill Gates Microsoft şirkətinin sədrliyini tərk etdi


Bill Gates
Microsoft-un həmtəsisçisi bundan sonra şirkətin texnologiya müşaviri kimi fəaliyyət göstərəcək.

Bu da xəbər verilir ki, Bill Gates-in şirkətdə qalacağı barədə məlumatın təsdiq olunması Microsoft-un səhm qiymətlərini qaldırıb.

Cənab Nadella şirkətin 39 illik tarixində sayca üçüncü sədr olacaq.

Mətbuat yazır ki, əslən Hindistandan olan Satya Nadelanı Microsoft şirkətinin xaricində çox az adam tanıyır.

Amma indi, Haydarabad şəhərində doğulmuş Nadela dünyanın ən böyük texnologiya rəhbəri kimi tanınacaq.

46 yaşlı yeni sədr həyatının yarısını bu şirkətdə keçirib.

Cənab Gates artıq bir xeyli müddət idi ki, fəaliyyətinin istiqamətini dəyişmişdi.

O daha çox xanımı ilə birlikdə yaratdığı “Bill and Melinda Gates Foundation” xeyriyyə fondu ilə məşğul olurdu.
XS
SM
MD
LG