Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 20:10

Qarlı və şaxtalı hava Bakının yollarında problemlər yaradıb


Bakı
Bakı
-
Yanvarın 31-dən ölkə ərazisində hava şəraiti pisləşib, Bakıda və bölgələrdə qar yağır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bəzi yerlərdə çovğun olub.

Qarın hündürlüyü ən çox Nabranda 52 sm, ən az Gəncədə 2 sm olub. Bakıda qarın hündürlüyü 16 sm qeydə alınıb.

YOLLARDA QALANLAR OLUB

Paytaxtda havanın temperaturu Abşeron yarımadasında 3-5, aran rayonlarında 2-5, dağlıq rayonlarda 5-8, Naxçıvan MR-da 0-5 dərəcə şaxtadır. Havanın temperaturu mənfi 5 dərəcəyə qədər düşəcək.

Respublika Baş Dövlət Yol Polisi İdarəsi respublikanın avtomobil yollarındakı vəziyyətlə bağlı bildirib ki, bəzi istiqamətlərdə yolları buz bağlayıb və nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.

Bakıda qar
Bakıda qar
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trendə-a bildirib ki, Bakı-Şamaxı yolunda yolun səthi buz bağlayıb. Bakı-Quba yolunun 83-cü kilometrliyinə qədər isə yol açıqdır: “Lakin 83-cü kilometrdən sonra yolun mərkəzi hissəsini buz bağlayıb. Bakı-Qazax yolunda da qar yağır, nəqliyyatın hərəkətində problemlər var. Ağsu-İsmayıllı yolunda isə gecə saatlarında nəqliyyatın hərəkəti məhdudlaşıb. Lakin həmin istiqamətdə yollar qardan və buzdan təmizlənir”.

Ötən gecə ölkədə 10 yol qəzası baş verib, 6 nəfər ölüb, 11 nəfər yaralanıb.

Yanvarın 30-da axşam saat 22:00-dan gecə saat 3:00-dək Bakı-Şamaxı yolunun 25-ci km-dən 55-ci km-ə qədər Bakıya sərnişin daşıyan və digər şəxsi nəqliyyat vasitələrində 100-dən çox insan qalıb.

ŞAGİRDLƏR MƏKTƏBƏ GEDƏ BİLMİRLƏR

Təhsil Nazirliyi isə bildirib ki, paytaxtda müşahidə olunan qarlı və şaxtalı hava şəraiti Bakıda şagirdlərin dərsə davamiyyətinə təsir göstərib.

Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib ki, bu gün Bakı şəhəri üzrə şagirdlərin dərsə davamiyyəti aşağı düşüb. O deyib ki, şagirdlərin belə havada dərsə gedə bilməməsi mümkündür, buna görə də nazirlik davamiyyətlə bağlı hər hansı reyd keçirmir: “Belə hallarda dərsə gedə bilməyənlər üzrlü sayılır. Çünki onlar qarın yaratdığı fəsadlar, yol şəraiti və digər səbəblərdən dərsə gedə bilmirlər”.

Qarlı və şaxtalı hava Bakının yollarında da problemlər yaradıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, Nəqliyyat Nazirliyinin "Azəravtoyolsevis" ASC-nin texnikası yolların təmizlənməsinə cəlb edilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG