Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:25

Roma Papası Francis «superqəhrəman» oldu


İtaliya küçə rəssamı Maupal-ın çəkdiyi divar rəsmi.
İtaliya küçə rəssamı Maupal-ın çəkdiyi divar rəsmi.
-
Roma Papası bir çox inanclılar üçün onsuz da çoxdan bəri “superqəhrəman” sayılırdı, indi isə Romada bir divar rəssamı onu qraffiti qəhrəmanına çevirib.

Müqəddəs Vatikanın yaxınlağındakı binalardan birinin divarına çəkilmiş şəkildə “superpapa” və ya bəzilərinin dediyi kimi “superfren” sağ yumruğunu havaya qaldırıb, sol əlindəki sakvoyajın üstündə isə “valores” yazılıb.

İspan sözü olan “valores” - “dəyərlər” deməkdir.

Sakvoyajdan dalğalanan mavi və qırmızı şərflər isə onun uşaqlıq illərində Argentinada sevimli futbol klubu olmuş “San Lorenzo”nun rənglərini təcəssüm etdirir.

Belə bir rəsm əsəri Vatikanın o qədər ürəyinə yatıb ki, onun fotosunu tviterlə yayıb.

Mətbuatın “xalq rəssamı” adlandırdığı Maupal-ın rəsmindən az əvvəl isə müqəddəs ata Francis artıq adətən pop ulduzlarını tərənnüm edən “Rolling Stone” jurnalının üz qabığına həkk olunmuş ilk Roma Papası olmuşdu.

Zəmanə dəyişir

Jurnalın üz qabığındakı fotonun altında bu sözlər yazılmışdı: “Francis Ata: Zəmanə dəyişir”.

Mətbuat yazır ki, “Superman” ədalət uğrunda sonu-axırı olmayan mübarizədə olduğu kimi, Francis ata da Vatikandakı korrupsiya ilə çarpışır və 1 milyard 200 milyon davamçısı olan Katolik Kilsəsini yoxsullara daha yaxın etməyə çalışır.

O kütlələrlə sadə dildə danışa bilir və “Time” jurnalı onu 2013-cü ilin adamı elan edib.

Lakin 77 yaşlı müqəddəs atanı sevməyənlər də var. O ötən həftə Vatikanın pəncərəsindən iki sülh göyərçini uçurduğuna görə heyvan haqları fəallarının qəzəbinə gəlib.

Həmin göyərçinlərə gözlənilmədən bir qarğa və bir qağayı hücum etmişdi.

Heyvan haqları fəalları deyirlər ki, “ev şəraitində bəslənmiş heyvanların azadlığa buraxılması onlara ölüm hökmü oxumaq kimidir”.

İtaliya Heyvanların Mühafizəsi Milli Agentliyi Papaya göndərdiyi rəsmi məktubda ondan innən belə mərasim məqsədi ilə heyvanlardan istifadə etməməyi xahiş edib və bildirib ki, bu artıq dəbdən düşmüş ənənədir.

Roma Papası sülh göyərçinlərini Ukraynada baş verən şiddətli toqquşmaların dayanmasını niyyət edərək buraxmışdı.

Lakin göründüyü kimi, Ukrayna üçün havaya göyərçin buraxılmasının nəticəsi elə Ukraynadakı vəziyyətin özü qədər mürrəkkəb olub.

Hərçənd, qarğa və qağayının hücumuna məruz qalan göyərçinlər xilas olaraq müqəddəs sarayın damına qayıda biliblər.

Zülfüqar Rüfətoğlu hazırladı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG