BMT-nin beynəlxalq müfəttişləri İranın Bender-Abbas şəhəri yaxınlığındakı uran mədəninə baş çəkiblər.Beynəlxalq müfəttişlər sonuncu dəfə bu mədəndə 2005-ci ildə olublar.
Bu yaxınlarda İranla aparıcı 6 dünya ölkəsi arasında əldə olunmuş razılaşmadan sonra İran uran zənginləşdirilməsi üzərində işi dayandırıb,əvəzində isə ona qarşı tətbiq edilən beynəlxalq sanksiyalar yüngülləşdirilib.
Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir. Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.