Keçid linkləri

2026, 17 Aprel, cümə, Bakı vaxtı 06:54

Kravchuk Ukraynadakı böhranın həlli ilə bağlı plan təklif edib

Leonid Kravchuk
Leonid Kravchuk
Ukraynanın 1-ci prezidenti Leonid Kravchuk ölkədəki böhrandan çıxmaq üçün parlamentdə plan təklif edib.

Planda konstitusiyada islahatlar aparılması ilə bağlı xüsusi komissiya yaradılması və onun ikinci prezident Leonid Kucma ilə birlikdə müxalifətlə hakimiyyət arasındakı danışıqlara təminatçı olmaları təklif olunur.

O həmçinin həbsdə olan bütün aksiyaçılara amnistiya verilməsi ilə bağlı qanun layihəsini qəbul etməyə çağırıb. Kravchuk qeyd edib ki, ölkə müharibə həddindədir və ölkədəki etirazlar qiyama çevrilib.
This item is part of
XS
SM
MD
LG