Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 19:03

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycandadır


-
Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi Filipp Lefort Azərbaycana gəlib.

Bu barədə APA-ya AB-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Xüsusi nümayəndə səfər zamanı Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək. Azərbaycanla AB arasında münasibətlərin inkişafı və Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq.

Filipp Lefort xüsusi nümayəndə qismində missiyasını başa vurur. Hazırda onun yerinə namizədlər arasından seçim aparılır. Fransalı diplomat 2011-ci ilin avqustunda bu vəzifəyə təyin olunub.
XS
SM
MD
LG