Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:51

Fransanın birinci ledisi statusunu itirdi


Foto (Arxiv)
Foto (Arxiv)
Fransa prezidenti François Hollande birinci ledi Valérie Trierweiler-dən ayrıldığını rəsmən elan edib.

Fransanın AFP agentliyinə zəng edən prezident bəyan edib: “Məlum edirəm ki, mən Valerie Trierweiler-lə paylaşdığım şərikli həyata son qoyuram”.

Xəbər verilir ki, 48 yaşlı xanım Trierweiler bəyannaməyə imza atmamaqla, prezidentlə vətandaş nikahının pozulması qərarının yalnız Hollande-a aid olduğunu bildirmək istəyib.

Fransa prezidenti bu qərarı onun adı “Closer” jurnalında 41 yaşlı aktrisa Julie Gayet-lə eşq macərası barədə məqalə dərc olunandan iki həftə sonra qəbul edib.

Agence France Presse agentliyinə şəxsən zəng edən president 18 sözdən ibarət olan bəyanatında prezident François Hollande və vətəndaş François Hollande arasındakı fərqi vurğulamağa çalışıb.

Bu xəbərdən belə görünür ki, xanım Trierweiler Fransa prezidentini qarşıdan gələn Britaniya və ABŞ səfərlərində müşaiyət etməyəcək.
XS
SM
MD
LG