Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:39

Ukrayna prezidenti ilə müxalifət liderləri arasında görüş keçirilir


Foto arxiv
Foto arxiv
Ukraynanın prezident aparatında dövlət başçısı Viktor Yanukovych və müxalifət liderləri Vitali Klitschko, Arseniy Yatsenyuk, və Oleh Tyahnybok arasında görüş keçirilir.Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat verir.

Kiyevin mərkəzində isə etirazlar davam edir.

Ukrayna hökumətinin ötən ilin noyabrında Avropa Birliyi ilə asosasiya sazişi imzalamaqdan imtina eləməsi ölkədə kütləvi etirazlara səbəb olub.Bu günlər də isə hökumətin mitiqlərlə bağlı kəskin tədbirlər qəbul etməsi vəziyyəti daha da gərginləşdirib.

Son toqquşmalarda 3, bəzi məlumatlara görə isə 5 nəfərin öldüyü bildirilir.

Müxalifət vaxtındanəvvəl seçkilər keçirilmısini tələb edir. Yanukovych gələn həftə böhranın aradan qaldırılması üçün parlamentin növbədənkanar sesiyasını çağırıb.
XS
SM
MD
LG