Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:49

Əsgəri intihara sürükləyən 3 səbəb


Arxiv foto
Arxiv foto
-
“Bizim Yol” qəzeti yazır ki, Azərbaycan ordusunda özünəqəsd halları rekord həddə çatıb.

Qəzet “Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinliyə istinadən yazır ki, “2003-cü ildən bu günə kimi intiharların sayı 110-u keçib və bunun 50-si son 3 ilin payına düşür”.

Qəzet hərbi ekspertlərə istinadən yazır ki, Müdafiə Nazirliyi hərbi qanunvericiliyi yeniləyərək NATO standartlarınsa uyğunlaşdırmalı, hərbi qulluqçuların sosial rifahı yüksəldilməli, əməkhaqları kəskin artırılmalıdır.

KEÇƏN İL AZƏRBAYCAN VƏTƏNDAŞLARI İLƏ XARİCİLƏR ARASINDA 2480 NİKAH BAĞLANIB

Azərbaycanda ölkə vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında nikahın bağlanması və pozulması faktları artıb.

Bu barədə Trend agentliyinə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindən bildiriblər.

2013-cü ildə Azərbaycanda ölkə vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında 2480 nikah bağlanıb. Bu isə 2012-ci ilə nisbətən 43 faiz artım deməkdir.
2012-ci ildə Azərbaycan vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında 1932 nikah bağlanmışdı.

Azərbaycan vətəndaşları ilə xarici ölkələrdən olan şəxslər arasında nikahın pozulması halları da artıb. 2012-ci ildə bu rəqəm 148 idisə, ötən il 211 fakt qeydə alınıb.

HAKİMİYYƏTİN QAZ YALANI

“Azadlıq” qəzeti yazır ki, rəsmilər ölkənin bütün ərazisinin qazlaşdırılması üzrə yaxın vaxtlarda işlərin tam başa çatacağını deyirlər.

“Eyni zamanda İlham Əliyev regionlara səfəri zamanı ölkənin bütün ərazisinin qazlaşdırıldığını deyir.Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirir ki, rayonlarda qazlaşdırmanın sona çatması haqda deyilənlər doğru deyil. Verilən rəəqmlərin əksəriyyəti reallıqla uyğun gəlmir, vəzifə sahiblərini çıxışları bir-birini təksiz edir”.

QRİPLƏ BAĞLI VƏZİYYƏT SABİTDİR

Arxiv foto
Arxiv foto
“Hazırda Azərbaycanda qriplə bağlı vəziyyət tam sabitdir və epidemioloji baxımdan insanları narahat edəcək vəziyyət yoxdur”.

Bunu Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev APA-ya açıqlamasında deyib.

Baş epidemioloq bildirib ki, bu gün ölkədə 10, 100, 1000, 10 000 nəfərin qriplə xəstələnməsi 10 milyona yaxın əhali üçün adi bir haldır. Onun sözlərinə görə, bu günə kimi ölkədə qrip pandemiya və ya böyük bir epidemiya şəklində olmayıb:

“İnsanlar qripə yoluxur və müəyyən müddətdən sonra sağalırlar. Qripdən ölüm halı da qeydə alınmayıb”.

ELŞAD ABDULLAYEVİN BAKIDAKI ƏSAS ADAMI ACLIĞA BAŞLAYIR

“Yeni Müsavat” qəzeti yazır ki, Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin sədri, Elşad Abdullayevi bacısı oğlu Azad Mürsəliyev bu gündən aclıq aksiyasına başlayır.

Aksiyanın keçirilməsinə səbəb Baş Prokurorluğun vəsatət və təqdimatı əsasında onun hərəkət azadlığını məhdudlaşdırılmasıdır. A.Mürsəliyev deyib ki, heç bir əsas olmadan ölkəni tərk etməsi ilə bağlı qoyulan yasaq ona ciddi problrmlər yaradır.

PROBLEMLİ KREDİTLƏR ARTIR

Azərbaycan manatı
Azərbaycan manatı
Son iki ildə problemli kreditlərin sayında kəskin artım müşahidə olunur. Əgər 2011-ci ildə ödəmə vaxtı keçmiş kreditlər 557 milyon 900 manat həcmində idisə, hazırda bu göstərici 1 milyard manat civarındadır.

Mərkəzi Bankdan Modern.az saytına verilən məlumata görə, ödənilmə vaxtı keçmiş, amma qaytarılmayan kreditlərin miqdarı 1 milyard manat təşkil edir. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG