Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:38

Cavid Zeynallıdan yeni roman


-

Romandan parçanı burda oxu!

“Kulis.az-ın kitabxanası” seriyasından gənc yazar Cavid Zeynallının “Leyla” romanı çap olunub.

APA-nın məlumatına görə, romanda Azərbaycan şou biznesinin ən tanınmış dörd müğənnisinin ümumiləşmiş obrazı yaradılıb.

Leyla ölkənin məşhur müğənnisidir. Adı müxtəlif qalmaqallarda, cinayətlərdə hallanır. Uşaq evlərindəki yeniyetmə qızların birinci gecəsini əcnəbilərə “hədiyyə etməkdə", tələbə qızları fahişəliyə sürükləməkdə ittiham olunur. Günlərin birində yazılmayan qanunu pozduğuna görə cəzalandırılır. Adı qara siyahıya düşür, telekanallara, restoranlara buraxılmır, dostları ondan üz döndərir. Bu, ömrü boyu məşhurluğun zirvəsində yaşayan Leylanın mənəvi ölümü deməkdir. Onun həyatının alt-üst olmağı bir sirlə bağlıdır. Leylanın intihar niyyətindən Rəcəb adlı jurnalist xəbər tutur və hər şey də burdan başlayır. Sirrin çözülməsi Rəcəbin qorxulu oyuna düşməsi deməkdir.

“Hədəf” nəşriyyatında çap olunan romanın redaktoru Etimad Başkeçiddir. Qeyd edək ki, “Leyla” yazıçının sayca ikinci romanıdır. Cavid Zeynallının ilk romanı “Günəşi gözləyənlər” 2010-cu ildə işıq üzü görüb.
XS
SM
MD
LG