Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:53

Haaqada Livanın keçmiş baş naziri Haririnin qətli ilə bağlı məhkəmə başlayıb


Rafiq Hariri
Rafiq Hariri
Haaqa ətrafında Livanın keçmiş baş naziri Rafik Haririnin qətli ilə bağlı məhkəmə başlayıb.

Bu qətllə bağlı 4 nəfər ittiham olunur. Amma qatillər tapılmadığından məhkəmə onların iştirakı olmadan keçirilir.

2005-ci ilin fevralında Beyrutda minalanmış maşının partladılması nəticəsində Rafiq Hariri də daxil olmaqla 23 adam ölüb.Bundan sonra ölkədə sünni-şiə qarşıdurması daha da gücləndi və bu Suriya ordusunun Livandan çıxması ilə nəticələndi.

Hakim dairələr hesab edir ki, bunun arxasında şiə qrupu olan Hizbullah durur. Hizbullah ittihamı rədd edir.

BMT 2007-ci ildə bu hücumun araşdırılması ilə bağlı xüsusi tribunal yaratdı. Haaqa məhkəməsində 500 şahid dindiriləcək və məhkəmə illərlə vaxt apara bilər.
XS
SM
MD
LG