Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:21

İranda “Kürdüstan” ostanının yaradılması təklif edilib


İranın ərazi-inzibati bölgüsü.
İranın ərazi-inzibati bölgüsü.
İranın daxili işlər naziri Abdolreza Rahmani Fazli bəyan edib ki, ölkənin şimalındakı ərazi-inzibati bölgüsünə yeni on ostan əlavə edilə bilər. Hazırda İranın 31 ostanı var.

Lakin nazir əlavə edib ki, bu barədə son qərar hələlik qəbul olunmayıb.

Bundan bir qədər əvvəl İran Məclisinin milliyyətcə kürd üzvü Osman Ahmadi parlamentdə yeni “Şimali Kürdüstan” ostanının yaradılmasını təklif etmişdi.

Millət vəkili bu ostanın Qərbi Azərbaycan ostanının ərazisində yaradılmasını istəyib.
Xəbər verilir ki, bu ostanda əsasən türkdilli azərbaycanlı əhali çoxluq təşkil edir.

İranın İSNA agentliyi xəbər verir ki, İran parlamentinin Qərbi Azərbaycan ostanından olan millət vəkilləri Ahmadi-nin təklifini qətiyyətlə pisləyiblər.

Qərbi Azərbaycan ostanının mərkəzi şəhəri Urmiyyədən millət vəkili Nader Ghazipur kürd deputatın təklifini “təbliğat” adlandırıb və əlavə edib ki, “biz heç bir şəraitdə Qərbi Azərbaycanın parçalanmasına yol verməyəcəyik”.
XS
SM
MD
LG