Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:08

Düşənbə meri ictimai nəqliyyatda "insani dəyərlərə zidd musiqini" qadağan edir


Tacikistan paytaxtı Düşənbənin meri ictimai nəqliyyatda “milli və insani dəyərlərə” uyğun olmayan musiqini qadağan edib.

Makhmadsaid Ubaidullaevin qərarı ilə musiqidən istifadəni yoxlamaq üçün mütəmadi olaraq reydlər keçiriləcək. Reydlərdə mədəniyyət və daxili işlər nazirliyinin əməkdaşları iştirak edəcək.

Merin sərəncamına səbəb isə mahnılarda səslənən kriminal sözlərdən və seksual mətnlərdən gələn şikayətlər olub.
XS
SM
MD
LG