Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:58

Dağlıq və dağətəyi rayonlarda qar yağacaq


-
Yanvarın 5-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək. Gecə 1-4, gündüz 5-7 dərəcə isti olacaq.

Yanvarın 5-də Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.
XS
SM
MD
LG