Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 12:46

Volqoqraddakı partlayışı qadın kamikadzenin törətdiyi ehtimal olunur, ölənlərin sayı 13-ə çatıb [Yenilənib]


Volqoqraddakı dəmir yolu vağzalı
-
Volqoqraddakı dəmir yolu vağzalında baş vermiş partlayışı qadın kamikadzenin törətdiyi ehtimal olunur. Milli Antiterror komitəsi bu barədə açıqlama verib.

Son məlumata görə, partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb. 3 yaralı var. Bu göstəricinin dəyişmə ehtimalı yüksəkdir.

Hadisə yeri mühasirəyə alınıb. Hüquq mühafizə orqanlarının əməkdaşları həmin yerdə araşdırma aparır.

-----
Rusiya Federasiyasının Volqoqrad şəhərinin dəmir yolu vağzalında partlayış baş verib. Nəticədə dörd nəfər ölüb, on nəfər xəsarət alıb.

Partlayışın vağzal binasının giriş qapıları ilə turniket arasında baş verdiyi bildirilir. İnsanlar hadisə yerindən çıxarılır.

Hadisənin səbəbləri araşdırılır.
XS
SM
MD
LG