-
Sumqayıtda dini qruplaşmalar arasında baş verən silahlı insidentlə bağlı daha bir nəfər saxlanıb.
Sumqayıt şəhər Polis İdarəsindən apa-ya verilən məlumata görə, bu, 34 yaşlı İlkin Əkbərovdur.
Onun dekabrın 11-də Sumqayıtda «xəvarici»lərlə «sələfi»lər arasında baş vermiş silahlı münaqişənin əsas təşkilatçılarından biri olduğu bildirilir. Məlumata görə, həmin şəxsdən xeyli sayda silah-sursat və qadağan olunmuş dini ədəbiyyat götürülüb.
Bununla da dekabrın 11-də Sumqayıtda baş verən hadisə ilə bağlı tutulanların sayı 15-ə çatıb.
Hüquq-mühafizə qurumlarının yaydığı məlumata görə, dekabrın 11-də Sumqayıtın 10-cu mikrorayonunda yerləşən «Çay evi»ndə ekstremist təmayüllü «xəvarici»lərlə «sələfi» təriqətinə mənsub bir qrup şəxs arasında münaqişə baş verib. İki nəfər bıçaq, iki nəfər də qəlpə yaraları alıb.