Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:30

Ukraynada jurnalisti döyməkdə təqsirli bilinən üçüncü şübhəli saxlanıb


-
Ukrayna polisi dekabrın 25-də müxalifət fəalı və jurnalist Tetyana Chornovil-in qəddarcasına döyülməsində şübhəli bilinən üçüncü şəxsi həbs edib. Çərşənbə günü polis 2 şübhəlini saxlamışdı.

Rəsmilər həmçinin parlamentin üç üzvünü sorğu-sual etdiklərini bildiriblər, ancaq onların bu işə bağlılığı açıqlanmayıb.

34 yaşlı Chornovil avtomobili ilə yoldan kənarlaşdırılıb, döyülüb, burnu sındırılıb. Hazırda Kiyevdə xəstəxanadadır. Bundan əvvəl o, hökumət rəsmilərinin sərvəti barədə məqalə dərc edib.
XS
SM
MD
LG