Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Dekabr, şənbə, Bakı vaxtı 00:36

Türkiyədə iki nazir oğlunun həbsinə qərar verildi


-
Türkiyədə rüşvət və korrupsiya araşdırmaları ilə bağlı tutulanlardan 16 nəfəri barəsində həbs qərarı verilib.

«CNN Türk»ün məlumatına görə, barəsində həbs qərarı verilənlər arasında daxili işlər və iqtisadiyyat nazirlərinin oğulları, işadamı Reza Zerrab və «Halkbank»ın baş direktoru Süleyman Aslan da var.

«17 dekabr əməliyyatı» zamanı saxlanan 49 nəfərdən 14-ü, o cümlədən iki bələdiyyə sədrinin oğlu sorğu-sualdan sonra ölkə hüdudlarından çıxmamaq şərti ilə sərbəst buraxılıb.

Sözügedən əməliyyat zamanı ümumilikdə 71 nəfər saxlandığı bildirilir.

Türkiyənin baş naziri Recep Tayyip Erdoğan ölkəsində aparılmış son həbsləri öz hökumətinə qarşı «çirkin əməliyyat» adlandırıb.
XS
SM
MD
LG