Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:56

Naxçıvanın Əlahiddə Ümumqoşun Ordusu yaradılıb


-
Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Dekabrın 20-də Müdafiə Nazirliyində kollegiya üzvlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib. Əlahiddə Ümumqoşun Ordusunun yaradılması barədə Prezident İlham Əliyevin 18 dekabr tarixli fərmanı da həmin iclasda elan olunub.

Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinin icrası general-leytenant Kərəm Mustafayevə həvalə olunub.
XS
SM
MD
LG