Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 01:58

Vaqif Sultanlının romanı İngiltərədə çap edildi


-

Yazıçı-publisist Vaqif Sultanlının «Ölüm yuxusu» (The Dream of Death) adlı kitabı Böyük Britaniyada nəşr edilib.

Yazıçının eyniadlı povestinin, müxtəlif illərdə qələmə aldığı hekayələrinin daxil edildiyi kitabın redaktoru Michael Brannok-dur.

«Ölüm yuxusu» povestində təsvir obyekti kimi seçilən yolun çəkilişi fonunda məzarlığın köçürülməsi problemi cəmiyyət həyatında baş verən ciddi xaos, çaxnaşma kimi canlandırılır. Təsvir olunan hadisələrin xaos kontekstində təqdimi obrazların xarakter cizgilərini, mənəvi dünyasının gizli çalarlarını bütün yönlərilə aşkarlamağa imkan verir. Gərgin, dramatik konflikt fonunda davam edən, qəbiristanlığı uçuran buldozerçinin intihar etməsi ilə tamamlanan povestdə mənəvi-əxlaqi dəyərlərdən imtina olunması ölümlə eyniləşdirilir.

Bundan əvvəl Vaqif Sultanlının «İnsan dənizi» romanı da İngiltərədə çap edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG