Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:15

Bakıda yeni kitab dükanı açılır


-

Dekabrın 21-də saat 11:00-dan 18:00-a qədər Bakıda "Zero" Kitab Evinin açılışı olacaq.

Paytaxtın mərkəzində yerləşən yeni kitab mağazasında yerli və dünya yazarlarının yüzlərlə çeşiddə kitabları oxucuların ixtiyarına veriləcək.

İstiqlaliyyət küçəsi 71 (M.Ə.Sabir Bağı ilə üzbəüz) ünvanında yerləşən "Zero" Kitab Evi "Zero" Nəşriyyatının açdığı ilk kitab mağazasıdır. Nəşriyyatın və mağazanın sahibi Zahir Əzəmətin verdiyi məlumata görə, Kitab Evində təkcə özlərinin istehsal etdikləri kitablar deyil, digər nəşriyyatların da kitabları satılacaq:

"Biz kitab mağazamızda alıcılara daha keyfiyyətli xidmət göstərəcəyimizə söz veririk. Yerli yazarların kitablarına daha isti münasibət göstərəcək, alıcıları, oxucuları daha dolğun informasiya və tövsiyələrlə təmin edəcəyik. Mağazamızda hər həftə yeni kampaniyalar və görüşlər təşkil olunacaq. Buranı kitabsevərlərin, yazar və oxucuların sevimli ocağına çevirəcəyik".

Onu da əlavə edək ki, bazar günü isə saat 11:00-dan 18:00-a qədər balacalar üçün Kitab Bayramı təşkil olunacaq. Valideynlər və uşaqlara nəfis tərtibatda dərc olunan yüzlərlə çeşiddə və sərfəli qiymətlərlə uşaq kitabları təqdim olunacaq.

Saat 13:-00-dan 15:00-a qədər isə Kitab Evində kitabları Şaxta Baba satacaq və uşaqlara maraqlı əyləncələr təqdim olunacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG