Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Noyabr, çərşənbə, Bakı vaxtı 10:09

İşğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında sənəd qəbul edilib


-
Dekabrın 18-də Parisdə YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin səkkizinci sessiyası keçirilib. Sessiya çərçivəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında sənəd qəbul edilib.

Katibliyin hazırladığı bu ilki sənəddə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqda 1954-cü il Haaqa Konvensiyası əks olunub.

Sənəddə, YUNESKO-nun Baş direktorunun BMT-nin Təhlükəsizlik Şurası (TŞ) və Baş Assambleyasında (BA) qəbul ediləcək qətnamələrdə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələsinin diqqətə çatdırılması göstərilib.

Komitənin əksər üzvləri Azərbaycanın maraqlarına uyğun olan müddəaların sənəddə saxlanılmasını dəstəkləyib. Məlumatı Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
XS
SM
MD
LG