Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:59

Fərəc Qarayev «Eşqə səyahət» etdi


Fərəc Qarayev
Fərəc Qarayev
-
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bəstəkar Fərəc Qarayevin «Eşqə səyahət» monooperası soprano və kamera orkestri üçün nümayiş olunub.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, «Zamanla üz-üzə III» musiqi layihəsinin ilk premyerası olan «Eşqə səyahət» Əməkdar İncəsənət Xadimi, professor Fərəc Qarayevin 70 illik yubileyinə həsr edilib.

Tamaşanın rejissoru Gela Kandelaki, rəssamı Elene Murdjikneli (Gürcüstan), dirijoru Vladimir Runçak (Ukrayna), solisti Fəridə Məmmədova (Azərbaycan) və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solistlər ansamblının üzvləridir.

Fərəc Qarayev bu əsəri 1978-ci ildə bəstələyib.

Monoopera ilk dəfə 1991-ci ildə Almaniyanın Essen şəhərində səhnələşdirilib.

Fərəc Qarayev 1943-cü il dekabrın 19-da ünlü Azərbaycan bəstəkarı Qara Qarayevin ailəsində doğulub.

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında atasının kompozisiya sinfini bitirib.

Uzun illər konservatoriyada müəllim çalışıb.

Onun «Qobustan kölgələri» baleti Sovetlər dönəmində çox məşhur idi.

1991-ci ildən həm Bakıda, həm də Moskvada yaşayır.

P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professorudur.

Fərəc Qarayevin əsərləri dünyanın məşhur konsert salonlarında ifa olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG