Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Aprel, Bazar ertəsi, Bakı vaxtı 00:15

Azərbaycan müəllimlərinin 14-cü qurultayı keçirilir


-
Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Azərbaycan müəllimlərinin 14-cü qurultayı başlayıb.

apa-nın xəbərinə görə, 900-ə yaxın təhsil işçisinin iştirak etdiyi qurultaya Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş nazirin müavini Elçin Əfəndiyev və təhsil naziri Mikayıl Cabbarov da qatılıb.

Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı il avqustun 15-də keçirilib.

Həmin qurultayda 6 məsələ müzakirə olunub.

Müzakirə olunan məsələlər arasında «oxumaq və yazmağı asanlaşdırmaq üçün ümumi bir üsulun hazırlanması», kənd müəllimlərinin «əhval və güzəranına dair» məsələlər də olub.
XS
SM
MD
LG