Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:34

Naxçıvanda Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi verilib


Dekabrın 11-də Naxçıvan şəhərində Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi verilib.

Mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov da iştirak edib.

Vasif Talıbov 2013-cü ilin Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan olunmasını onun xatirəsinə dərin ehtiramın ifadəsi olduğunu bildirib.

Həmin gün muxtar respublikanın digər rayonlarında, Ağciyər Xəstəlikləri və Psixi Xəstəliklər dispanserlərində də ehsan süfrələri açılıb.
XS
SM
MD
LG