Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:32

Ukrayna müxalifəti Yanukovichin danışıqlar təklifini rədd edir


-
Ukrayna müxalifət liderləri Yanukovichin danışıqlar təklifini rədd edirlər. Onlar hökumətin istefasını tələb edirlər. Etirazçılar Kiyevin mərkəzinin işğalını davam etdirir. Polis qüvvələri küçələri etirazçılardan təmizləməyə çalışır.


Pentaqon bildirir ki, Ukrayna müdafiə naziri Pavlo Lebedev ABŞ müdafiə katibi Chuck Hagel ilə telefon danışığında Yanukovych hökumətinin aksiyaçılara qarşı silahlı güclərdən istifadə etmədiyini bildirib.

ABŞ Dövlət Departamenti Ukrayna hökumətinə qarşı sanksiyaların tədbiq edilməsi ətrafında müzakirələr apardığını deyir.

Ukraynanın baş nazir müavini Serhiy Arbuzov-un cümə axşamı Brüsseldə Avropa Birliyinin komissarı Stefan Fuele ilə görüşü gözlənilir. Onlar Ukraynanın Avropa Birliyi ilə Assosiasiya Sazişi haqqında müzakirələr aparacaqlar.
XS
SM
MD
LG