Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 15:51

Orta məktəblərdə yeniliklər olacaq


Arxiv foto
-
Təhsil Nazirliyi məktəblərdə reallaşdırılacaq islahatların əsas hədəflərini açıqlayıb.

Dekabrın 11-də açıqlanan sənədə görə, orta məktəblər üzrə yaxın gələcəkdə reallaşdırılması nəzərdə tutulan 11 məsələ yer alıb.

Onların arasında keyfiyyət sertifikatı almış məktəb direktorlarının maaşının, illik dərs müddətinin 2-3 həftə artırılması, yuxarı siniflərdə şagirdlərin həftəlik dərs yükünün azaldılması, korrupsiyaya qarşı tədbirlərin sistemli və davamlı aparılması üçün cəmiyyət-məktəb-müəllim arasında sağlam münasibətlərin bərqərar olunması və s. məsələlər yer alıb.

Sadalanan tədbirlərin bəziləri ilkin mərhələdə yalnız paytaxt məktəblərində keçiriləcək.

Nazirlik bunu ölkə üzrə şagird sayının 28 faizinin paytaxtda olması və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mövcudluğu ilə əlaqələndirir.

Şərhlər (8)

Bu forum dayandırılıb
XS
SM
MD
LG